Ucarda Türkiyə vətəndaşı dəm qazından zəhərlənib

Ucarda Türkiyə vətəndaşı dəm qazından zəhərlənib
# 10 fevral 2012 20:08 (UTC +04:00)
Ucar. Elvin Yaqubov-APA. Ucar rayonunda işləyən Türkiyə vətəndaşı kirayə qaldığı evdə dəm qazından zəhərlənib. APA-nın yerli bürosunun məlumatına görə, bu axşam saat 20.30 radələrində Ucar şəhərində işləyən Türkiyənin Ərzurum vilayətinin sakini İsmayıl Acar Osmanoğlu kirayə qaldığı evin hamamında dəm qazından zəhərlənib. İ.Osmanoğlu ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Zərərçəkmiş Ucar su-kanalizasiya sisteminin yenidən qurulmasında iştirak edən «Hidrolotos» şirkətinin işçisidir.

Fakt üzrə Ucar rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR