İctimai Palatanın üzvü: “İctimai Palatanın üzvü bu qurumu təhqir edib”

İctimai Palatanın üzvü: “İctimai Palatanın üzvü bu qurumu təhqir edib”
# 10 mart 2012 11:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. İctimai Palatanın üzvü Seymur Həzi sessiyada çıxışı zamanı İP-də təmsil olunan şəxslərdən birinin bu qurumu təhqir etdiyini deyib. APA-nın məlumatına görə, Seymur Həzi İctima Palatanı təhqir edən şəxsin adını açıqlamasa da, belə halları tənqid edib: “Gəlib burda ekspert qismində çıxış edir, bizə ağıl öyrədir, sonra da gedib qıraqda İctimai Palatanı təhqir edir, deyir ki, İctimai Palata bitib…”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə sessiyada İctimai Palatanın Bibiheybət qəsəbəsində mitinq keçiməsinin mümkünlüyü barədə təklifə sərt münasibət bildirib:“Ümumiyyətlə, burada Bibiheybət adını çəkmək düzgün deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR