«Finance Leasing» şirkəti yeni istiqraz emissiyasına hazırlaşır

«Finance Leasing» şirkəti yeni istiqraz emissiyasına hazırlaşır
# 22 may 2012 13:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Finance Leasing» ASC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 500 manat, sayı 600 ədəd, emissiyanın ümumi həcmi isə 300 min manat təşkil edir. İstiqrazların tədavül müddəti 720 gün, istiqrazlar üzrə gəlirlik 13%, faiz ödəniş dövrünün müddəti isə 90 gün təşkil edir. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Texnika Kapital Menecment» MMC çıxış edəcək.

Qeyd edək ki, «Finance Leasing» ASC 2007-ci ilin mart ayında yerli 16 fiziki şəxs tərəfindən təsis olunub. Lizinq əməliyyatlarının maliyyələşdirilməsi ilə yanaşı şirkət yerli avadanlıq istehsalçıları və maliyyə qurumları ilə (bank və sığorta təşkilatları) sıx əməkdaşlıq edir. Lizinq sahəsində isə şirkət əsas diqqəti fiziki şəxslərin, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinin maliyyələşdirilməsinə yetirir. Hazırda şirkətin nizamnamə kapitalı 1,2 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR