Türkiyədən daha bir komandan Azərbaycana səfər edəcək

Türkiyədən daha bir komandan Azərbaycana səfər edəcək
# 26 may 2012 11:11 (UTC +04:00)
APA-nın hərbi mənbələrdən əldə etdiyi eksklüziv məlumata görə, səfər iyunun 19-22-də baş tutacaq.

Səfər çərçivəsində S. Dülgerin Azərbaycanın müxtəlif qurumlarında görüşlər keçirəcək, həmçinin Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin bazasında olacaq. Görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Bu, vitse-admiral S. Dülgerin Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.

Qeyd edək ki, buna qədər - iyunun 5-dən 8-dək Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu, iyunun 10-dan 13-dək isə Jandarma Baş Komandanı, ordu generalı Bəkir Kalyoncu Azərbaycanda səfərdə olacaqlar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR