® Bakıda «Favorit-Market» supermarketlər şəbəkəsinin yeni mağazası açılıb - FOTO

<font color=red>® </font>Bakıda «Favorit-Market» supermarketlər şəbəkəsinin yeni mağazası açılıb - <font color=red>FOTO</font>
# 07 sentyabr 2012 11:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu gün «Favorit-Market» məşhur supermarketlər şəbəkəsi Bakı şəhərində növbəti mağazasını istifadəyə verib.

«APA-ECONOMICS»in məlumatına görə, sayca beşinci olan yeni «Favorit-Market» Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsində (22-ci binanın qarşısı) yerləşir və artıq qapılarını paytaxt sakinləri üçün açıq elan edib.

Ümumi sahəsi 420 kv. metr olan market bir neçə bölmədən ibarətdir və alıcılara hər növdə qida məhsulları təklif edir. Eyni zamanda müştərilərə dünyanın hər yerindən gətirilmiş məhsullar, meyvə-tərəvəzlər və ənənəvi xidmətlər təqdim olunur.

Marketin özəl xüsusiyyətlərindən biri də «Favorit Card» proqramıdır. Bu proqram vasitəsilə artıq yüzlərlə müştəri dəyərli hədiyyələr qazanıb. Sentyabr ayından etibarən «Favorit Card» vasitəsilə alış-veriş edən müştərilər üçün qiymətli hədiyyə çeşidləri əlavə edilməkdədir.

Qeyd edək ki, gələcəkdə daha bir neçə «Favorit» supermarketlərinin açılması planlaşdırılır.

Xatırladaq ki, digər dörd «Favorit-Market» (www.favorit-market.az) Yasamal rayonu, Məhəmməd Hinduşah Naxçıvani küçəsi 15, Binəqədi rayonu, Mircəlal küçəsi 59K, Binəqədi qəsəbəsi, 2-ci mədən, 52-ci korpus və Yasamal rayonu, Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, məhəllə 574 ünvanlarında yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR