Asim Mollazadə: “Ermənistan tamamilə dağıdıcı bir siyasət aparır”

Asim Mollazadə: “Ermənistan tamamilə dağıdıcı bir siyasət aparır”
# 23 mart 2012 00:19 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Cənubi Qafqazda vəziyyət birmənalı deyil. Burada üçüncü ölkənin silahlı qüvvələri münaqişələrin həm canlanmağına, həm də həllinə ciddi manelər törədir.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan parlamentinin deputatı Asim Mollazadə jurnalistlərə açıqlamasında bu məsələləri Tiflisdə keçirilən Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə dair beynəlxalq konfransda müzakirə mövzusu olunduğunu da bildirib. “Biz Avropadan və ABŞ-dan ən əsas məsələlərin həllini gözləyirik. Çünki Azərbaycan Avropanın enerji məsələlərini öz müttəfiqləri ilə təmin edir və bizim ölkə bu istiqamətdə alternativ bir sistem yaradır. Azərbaycan, eyni zamanda bizə müttəfiq olan Gürcüstana böyük bir dəstək verən ölkədir. Azərbaycan böyük layihələr həyata keçirir. Çünki Gürcütanın təhlükəsizliyi bizim üçün çox önəmli və əhəmiyyətlidir. Bizim istəyimiz ondan ibarətdir ki, bizə təcili sülh lazımdır. Bizə Cənubi Qafqazda sülh və əmin-amanlıq, sabitlik lazımdır ki, öz proqramlarımızı gerçəkləşdirək. Bizim həm enerji, həm iqtisadiyyat, nəqliyyat və kommunikasiya sahələrində bir sistem formalaşdırmaq üçün iddialarımız var və biz əminik ki, Cənubi Qafqaz sülh bölgəsi olarsa, o zaman Avropa ilə Asiyanı birləşdirməkdə bu region böyük rol oynaya bilər. Bu istiqamətdə də biz Avropa ölkələrindən, Amerikadan ciddi dəstək gözləyirik.”
Asim Mollazadə Minsk qrupunun kağız üzərində təşkilat olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan bu qrupdan çox şeylər gözləyir. “Biz bu qrupdan münaqişənin həllini öz üzərinə götürən bir təşkilat kimi hərəkət gözləyirik. Bu il bu təşkilatın 20 illiyi qeyd olunur. Bu 20 il ərzində nə oldu? Nə üçün BMT-nin, Avropa Şurasının və parlamentinin və digər beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilmir. Ümidvaram kİ, bizim verdiyimiz mesajlar ünvanlarına çatacaq”
Azərbaycan parlamentini üzvü Ermənistanın mövqeyinə də münasibət bildirib.” Çox təəssüf ki, Ermənistan Azərbaycanla Gürcüstana qoşulmur. Bu dövlət birgə inkişafa səylərini göstərmir. O, tamamilə dağıdıcı bir siyasət aparır,”-Asim Mollazadə vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR