Azərbaycanın “Junior Eurovision 2012” təmsilçilərinin ifa edəcəyi mahnı müəyyənləşib - VİDEO

Azərbaycanın “Junior Eurovision 2012” təmsilçilərinin ifa edəcəyi mahnı müəyyənləşib - <font color=red>VİDEO</font>
# 16 oktyabr 2012 13:19 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın “Junior Eurovision 2012” təmsilçiləri Ömər Sultanov və Suada Ələkbərovanın ifa edəcəyi mahnı müəyyənləşib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, ötən gün müsabiqədə iştirak edəcək 12 ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə Amsterdamda toplantı keçirilib. Toplantı iştirakçı ölkələrin şou barədə məlumat almaq və öz təmsilçilərini qeydiyyatdan keçirmək məqsədi daşıyıb. Bildirilir ki, qaydalara görə, azyaşlı istedadların ifa edəcəyi mahnıların 25%-i ingilis dilində, qalanı isə iştirakçı ölkələrin öz ana dilində olmalıdır.
Azərbaycanın mahnısı bütünlükdə ingilis dilində olduğu üçün mahnını qeydiyyatdan keçirmək üçün əlavə iki gün verilib.

Ömər və Suadanın müsabiqədə ifa edəcəyi mahnının Böyük Britaniyada hazırlandığı bildirilir. “Boys and Girls” adlanan mahnı artıq Avropa Yayımları Birliyinə (EBU) təqdim olunub. Azərbaycan bu il “Junior Eurovision”da ilk dəfə iştirak edəcək. Müsabiqədə ölkəmizlə yanaşı – Albaniya, Belarus, Belçika, Gürcüstan, İsrail, Moldova, Niderland, Rusiya, İsveç, Ukrayna və Ermənistan iştirak edəcək.

10-cu ilini qeyd edən müsabiqə “Break The Ice!” (Buzu sındır!) şüarı altında baş tutacaq. Müsabiqəni Evout Qenemans və Kim-Lian Van Der Mey aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR