Xaçmazda 38 yaşlı piyadanı maşın vurub

Xaçmazda 38 yaşlı piyadanı maşın vurub
# 02 noyabr 2012 07:17 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Gecə saatlarında Xaçmaz şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 23 yaşlı Xaçmaz şəhər sakini Bəhruz Bədəlov idarə etdiyi 10 FF 122 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomaşınla piyada 38 yaşlı Natiq Lətifovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR