Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Macarıstan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Macarıstan nümayəndə heyəti ilə görüşüb
# 24 iyul 2012 08:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Macarıstanın dövlət katibi, Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyasının həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti və fond tərəfindən maliyyələşdirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə eyni zamanda Azərbaycan və Macarıstan arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR