Göyçayda baş verən yol qəzasında sahibkar ölüb

Göyçayda baş verən yol qəzasında sahibkar ölüb
# 21 avqust 2012 22:08 (UTC +04:00)
APA-nın yerli bürosunun məlumatına görə, hadisə avqustun 21-də saat 21.30 radələrində Göyçay-Bərgüşad yolunun 4-cü km-də qeydə alınıb.

Yalman kənd sakini, 1967-ci il təvəllüdlü İslamov Əmirxan Aslan oğlunun idarə etdiyi 45 BG 637 dövlət nömrə nişanlı, “VAZ 21012” markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Ə. İslamov hadisə yerində keçinib. O, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR