Bakı Dövlət Yol Polisi İdarəsi qadın sürücülər üçün sürpriz hazırlayıb

Bakı Dövlət Yol Polisi İdarəsi qadın sürücülər üçün sürpriz hazırlayıb
# 07 mart 2012 09:29 (UTC +04:00)
Bu barədə APA-ya qurumun bölmə rəisi Vaqif Əsədov məlumat verib. O, qeyd edib ki, sabah 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə yol polisi Bakıda qadın sürücülərə bayram hədiyyəsi hazırlayıb. Qadın sürücülərə ediləcək hədiyyənin sürpriz olduğunu qeyd edən Vaqif Əsədov bu sürprizin sabah açıqlanacağını bildirib və bütün KİV nümayəndələrini bu tədbirə dəvət edib: “Bir daha Azərbaycan qadınlarını təbrik edir, bütün qızlarımıza gəlin, gəlinlərimizə ana, analarımıza isə nənə olmağı arzulayıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR