Azərbaycanda zavodda yanğın olub

Azərbaycanda zavodda yanğın olub
# 21 fevral 2012 09:33 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Sumqayıtda zavodda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Sumqayıt şəhərində Etilen Polietilen zavodunda sexlərin birində baş verib.

Sobanın ətrafına dağılmış benzin yanıb. Sexdəki texnoloji qurğular və qonşu sobalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, yanğına texnoloji prosesin pozulması səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR