Orxan Kərimov ürəyindən əməliyyat olunub

Orxan Kərimov ürəyindən əməliyyat olunub
# 27 iyun 2012 11:46 (UTC +04:00)
Bu barədə APA-ya vəkil Ramiz Məmmədov məlumat verib. R. Məmmədov əməliyyatın uğurla başa çatdığını deyib: “Bu gün Mərkəzi Klinik Xəstəxanada Orxan ürəyindən əməliyyat olundu. Artıq əməliyyat başa çatıb. Vaxt itkisinə görə, əməliyyatda bəzi çətinliklər olub. Lakin hazırda vəziyyəti normaldır”.

R. Məmmədov O. Kərimovun səhhətindən asılı olaraq məhkəmə prosesin də vaxtının müəyyən olunacağını deyib: “Onun məhkəməyə gəlib-getməyə, prosesdə iştirak etməyə gücü olmalıdır. Həkimlərin rəyindən asılı olaraq prosesin vaxtı müəyyən olunacaq ”.

Qeyd edək ki, O. Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.

Onu da qeyd edək ki, prezident İlham Əliyevin göstərişi ilə ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.

Orxan Kərimov şair Əli Kərimin oğludur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR