Azərbaycanda işqurma imkanları İstanbulda müzakirə edilib

Azərbaycanda işqurma imkanları İstanbulda müzakirə edilib
# 08 iyun 2012 14:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov –APA-ECONOMICS. Azərbaycanda biznes mühiti və iş qurmaq imkanları iyunun 7-də İstanbulda Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) tərəfindən təşkil olunan "Azərbaycanda işqurma" adlı konfransda müzakirə edilib. Tədbir Azərbaycandakı iqtisadi inkişafı izləmək, qanunlardakı yenilikləri Türkiyə iş adamlarına çatdırmaq, iki ölkə arasında mövcud ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi məqsədi daşıyıb.

Azərbaycan Türkiyə İş Adamları Birliyindən (ATİB) «APA-ECONOMICS”ə verilən məlumata görə, konfransda Azərbaycan və Türkiyənin dövlət və hökumət qurumlarının təmsilçiləri, Türkiyənin aparıcı şirkətlərinin nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyini (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın təmsil edib.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın da qatıldığı konfransda çıxış edən ATİB sədri ikitərəfli əlaqələrin inkişafından geniş bəhs edib. O bildirib ki, Türkiyə Azərbaycanın sosial-iqtisadi inkişafına əsas töhfəsini qeyri-neft sektorunda dayanıqlı və əsas investor ölkə olaraq verib. Cemal Yangın vurğulayıb ki, Türkiyə Azərbaycanın xarici ticarətdə əsas tərəfdaşı olaraq idxal-ixrac tərkibinin zənginləşməsində mühüm rol oynayır. Habelə, Türkiyə Azərbaycanın orta və ali təhsil sisteminin inkişafına yardım göstərir, özəl səhiyyə xidmətlərinin inkişafına yönəlik işlər görür. O cümlədən turizm xidmətlərinin keyfiyyətinin artırılmasında töhfənin verilməsi; yerli işçi qüvvəsinin peşəkarlığının davamlı artırılmasında Türkiyə önəmli rol oynayır.

Konfransda ATİB-in fəaliyyətindən bəhs edilən film də nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR