Hərbi patrul səhvən Mavritaniya prezidentinin kortejini atəşə tutub

Hərbi patrul səhvən Mavritaniya prezidentinin kortejini atəşə tutub
# 14 oktyabr 2012 04:39 (UTC +04:00)
Bakı-APA. Mavritaniya prezidenti Məhəmməd uld Əbdül Əziz hərbi patrulun səhvən onun kortejini atəşə tutması nəticəsində yaralanıb. Bu barədə kommunikasiya və parlamentlə əlaqələr üzrə nazir Hamdi uld Mahcub məlumat verib.

«Paytaxt Nuakşota qayıdan zaman prezident konvoyu dövlət başçısının maşınını tanımamış patrullar tərəfindən atəşə tutulub. Nəticədə prezident yüngül yaralanıb, onun həyatı üçün heç bir təhlükə yoxdur», deyə nazir bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR