Yevlax və Mingəçevir şəhərlərinin baş memarları cərimələnib

Yevlax və Mingəçevir şəhərlərinin baş memarları cərimələnib
# 24 iyul 2012 08:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Şəhərsalma fəaliyyəti zamanı inzibati xətaya yol verdiklərinə görə bu ilin ilk yarısında Yevlax və Mingəçevir şəhərlərinin baş memarları barəsində protokol tərtib olunaraq hər birinin 1500 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilib. Bu barədə «APA-Economics»ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Ümumiyyətlə, bu dövrdə komitənin əməkdaşları Lənkəran, Gəncə, Yevlax, Mingəçevir və Şəki şəhərlərində, Astara, Daşkəsən, Yardımlı, Quba, Qusar, Xaçmaz, Masallı, Cəlilabad, Biləsuvar, Beyləqan, İmişli, Oğuz və Qəbələ rayonlarında müvafiq araşdırmalar apararaq aşkarlanmış nöqsanların aradan qaldırılması üçün yerli memarlıq xidmətlərinə tapşırıqlar veriblər.

«İlk yarımildə komitəyə 24 obyektin memarlıq-planlaşdırma həllərinə münasibət bildirilməsi və rəy verilməsi üçün müraciətlər olub. Onlardan 13-nə müsbət, 11-nə isə mənfi rəy verilib» - deyə məlumatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR