Rusiya prezidentinin xüsusi nümayəndəsi İranın xarici işlər naziri ilə görüşüb

Rusiya prezidentinin xüsusi nümayəndəsi İranın xarici işlər naziri ilə görüşüb
# 23 oktyabr 2012 08:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Rusiya prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiyi və hər keçən gün daha da gücləndiyi bildirilib.

Ə.Salehi Suriya probleminin həlli məsələsində məsuliyyət daşıdıqlarını, İranın bu ölkədə sülh və sabitliyin bir an əvvəl təmin edilməsi üçün ciddi səy göstərdiklərini və böhrandan çıxış yolunun iqtidarla müxalifət arasında dialoqdan keçdiyini vurğulayıb.

M.Boqdanov da öz növbəsində Suriyada sülh və təhlükəsizliyin təmin edilməsi üçün İranın təkliflərinin konstruktiv olduğunu deyərək, böhranın həlli məsələsində iki ölkənin ortaq düşüncədə olduğunu söyləyib. Rusiya xarici işlər nazirinin müavini Suriyada Qurban bayramı günlərində atəşkəsin təmin edilməsinə dair BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Əhzar İbrahiminin atəşkəs təklifini də dəstəklədiklərini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR