Xaçmaz-Quba yolunda baş verən qəzada iki nəfər yaralanıb

Xaçmaz-Quba yolunda baş verən qəzada iki nəfər yaralanıb
# 13 may 2012 20:08 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Mayın 13-də Xaçmaz-Quba yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Xaçmaz rayonunun Alekseyevka kəndi ərazisində qeydə alınıb. APA-ın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakini Vüsal Qurbanovun idarə etdiyi 90 EB 978 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomaşınla Cəlilabad rayon sakini Tahir Əliyevin idarə etdiyi 64 AC 101 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük maşını toqquşub.

Qəza nəticəsində “Mercedes”in sürücüsü Vüsal Qurbanov və sərnişin Emin Məmmədov xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alanların vəziyyətinin orta ağır olduğu bildirilir.

“KamAZ”-ın sürücüsü deyib ki, hadisəyə səbəb “Mercedes”in ötməni düzgün yerinə yetirməməsi olub. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR