Ramin Musayev: “Baxıram, ancaq həmin adamı tanımıram”

Ramin Musayev: “Baxıram, ancaq həmin adamı tanımıram”
# 22 oktyabr 2012 12:44 (UTC +04:00)
Bakı – APA. “Qarabağ” - “Bakı” matçından sonra baş verən insidentlə bağlı günahkar meydan sahibi olan komanda və polis nümayəndələridi”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

PFL rəhbəri Topaz Premyer Liqasının hesabat turunda 1:1 hesabı ilə nəticələnən “Qarabağ” – “Bakı” oyunundan sonra yaranan olayla bağlı fikirlərini açıqlayıb. Belə ki, baş hakim Əliyar Ağayev matçdan sonra naməlum şəxs tərəfindən fiziki təzyiqə məruz qalıb.

“Əliyar Ağayevə hücum edən azarkeşdi, kimdi bilmirəm, onun orada nə işi vardı? Bu suala cavab verilmir” – deyə, Musayev bildirib.

PFL prezidentinin sözlərinə görə, onda bəzi görüntülər var: “Baxıram, ancaq həmin adamı tanımıram. Bilmirəm azarkeşdi, yoxsa klub nümayəndəsidi. Naməlum adamdı. Onu deyə bilərəm ki, hakimi vurmaqla düzgün hərəkət etmir. Həmin görüntülər bizdə var. Ancaq niyə gəlib, hardan gəlib, bunu da polis araşdırır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR