Azərbaycanda Milli Məclis-Müdafiə Nazirliyi əlaqələrinə həsr olunmuş seminar keçiriləcək

Azərbaycanda Milli Məclis-Müdafiə Nazirliyi əlaqələrinə həsr olunmuş seminar keçiriləcək
# 23 aprel 2012 12:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakıda Azərbaycanın parlamenti və Müdafiə Nazirliyi arasında əlaqələrə dair seminar keçiriləcək. Bu barədə APA-ya Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc məlumat verib.

Z. Orucun sözlərinə görə, aprelin 25-nə planlaşdırılan seminarın təşkilatçısı qismində ABŞ-ın Marşall Mərkəzi çıxış edir.

Seminarda Azərbaycanda parlament və Müdafiə Nazirliyi arasında əlaqələrin mövcud vəziyyəti, həmçinin bu sahədə dünya təcrübəsinə dair fikir mübadilələri aparılacaq.

Seminar iki gün davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR