Azərbaycanda əhalinin gəlirləri son bir ildə 14% artıb

Azərbaycanda əhalinin gəlirləri son bir ildə 14% artıb
# 16 oktyabr 2012 13:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,6% artaraq 24,2 mlrd. manata, hər bir nəfərə düşən gəlirlər isə 12% artaraq 2 644,7 manata (orta hesabla ayda 293,9 manata) çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, gəlirlərin 62,9%-i son istehlaka, 8,7%-i vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 26,8%-i isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

«Cari il sentyabr ayının sonuna keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi çərçivəsində ölkədə 819,8 min əmanətçiyə 349,1 mln. manat ödənilib», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR