Azərbaycanın cənubunda qədim məzarlıqların araşdırılmasına həsr olunmuş təqdimat keçiriləcək

Azərbaycanın cənubunda qədim məzarlıqların araşdırılmasına həsr olunmuş  təqdimat keçiriləcək
# 10 iyul 2012 14:34 (UTC +04:00)
Bakı – APA. Azərbaycandakı Fransız İnstitutunda Lənkəran və Lerik rayonları ərazisindəki qədim qəbirlər üzərində araşdırmalara həsr olunmuş konfrans keçiriləcək.

APA-nın məlumatına görə, arxeoloq Mişel Kazanova 2012-ci ilin iyulunda Azərbaycanın cənubunda - Lənkəran və Lerik rayonlarında aparılan arxeoloji qazıntılar barədə iyulun 19-da məlumat təqdim edəcək.

İşlər, əsasən Kraveladi və Lakerçay vadisində aparılan araşdırmaları əhatə edir. Bu araşdırmalar sözügedən rayonların ərazisindəki kurqanları daha dərindən tanımağa, Qafqaz ölkələri, İran və Anadolu arasında mövcud qarşılıqlı təsirləri üzə çıxarmağa imkan verəcək.

2011-ci ildə başlayan bu fransız-Azərbaycan layihəsi 2015-ci ilədək davam edəcək. Bu layihə çərçivəsində Fransanın Université de Rennes 2 – Haute Bretagne, Azərbaycan Dövlət Arxeologiya Muzeyi və Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlıq edir.

Qeyd edək ki, məhz bu rayonlarda Jak və Anri Morqan qardaşları 1890-cı ildə zəngin qəbirlər kəşf ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR