Şəhid statusunun verilməsi qaydalarına dəyişiklik edilməsi təklif olunub

Şəhid statusunun verilməsi qaydalarına dəyişiklik edilməsi təklif olunub
# 16 mart 2012 14:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA. Milli Məclisdə şəhid statusunun verilməsi qaydalarına dəyişiklik edilməsi təklif olunub. APA-nın xəbərinə görə, deputat Aslan Şahverdiyev bildirib ki, bəzən cəbhədə yaralanan əsgər sonradan bu yaradan vəfat edir, amma həmin əsgərə şəhid adı verilmir: “Təklif edirəm ki, şəhid statusu ölkənin ərazi bütövlüyünü qoruyarkən yaralanmış və sonradan bu yaradan vəfat etmiş şəxslərə də şamil olunsun”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR