Gənc vokalçımız Parisdə beynəlxalq festivalın qalibi olub

Gənc vokalçımız Parisdə beynəlxalq festivalın qalibi olub
# 06 iyul 2012 13:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Fransanın paytaxtındakı “Gimnaziya” teatrında "Paris səması" adlı beynəlxalq mahnı festivalı keçirilib. Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, Fransa, İsveçrə və digər ölkələrdən müxtəlif yaş qrupunda 300-dən artıq ifaçının iştirak etdiyi musiqi yarışmasında ölkəmizi Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti İslam Qasımov təmsil edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalda rəqs, teatr, estrada və akademik vokal, musiqi alətlərində ifa nominasiyaları üzrə qaliblər müəyyənləşib. Akademik vokal nominasiyasında gənc azərbaycanlı vokalçı İslam Qasımov görkəmli bəstəkar Tofiq Quliyevin "Bakı haqqında mahnı" və italyan bəstəkarı E.Kurtisin "Sorenteya qayıt" əsərlərini ifa edib. Onun ifası münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb, müəllimi Məryəm Babayevanın da əməyi yüksək qiymətləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR