Almaniyanın bir sıra aeroportları tətilə başlayıb

Almaniyanın bir sıra aeroportları tətilə başlayıb
# 27 mart 2012 11:14 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın “Lufthansa” və “Air Berlin” aviaşirkətləri bütün dünya üzrə 460 aviareysi təxirə salıb.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, buna səbəb ölkənin əsas aeroportlarının işçilərinin tətil elan etməsidir.

Tətil Berlin, Münhen, Ştutqart, Köln və Düsseldorf aeroportlarında keçirilir. Tətilçilər maaşlarının 6,5% artırılmasını tələb edirlər. Aviaşirkətlər isə yalnız 3% artım etməyə hazır olduqlarını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR