Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu iclasının vaxtı məlum olub

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu iclasının vaxtı məlum olub
# 25 iyun 2012 07:55 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Milli Məclisin (MM) sonuncu növbədənkənar plenar iclası iyunun 29-da keçiriləcək. MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, iclasda ümumilikdə 34 məsələ müzakirəyə çıxarılacaq.

Müzakirəyə çıxarılacaq məsələlər sırasına Qırğızıstan, Bolqarıstan, Makedoniya, Hindistan, Ukrayna ilə hökumətlərarası sazişlərin, bəyanatların və digər sənədlərin təsdiqi də daxildir. Həmçinin, “İctimai televiziya və radio yayımı haqqında” qanuna, İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər olunacaq.

İclasda Şəhərsalma və Tikinti Məcəlləsi isə sonuncu oxunuşda müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR