Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi yeni hərbi texnika və təlim vasitələri ilə təchiz olunacaq
10 avqust 2012 15:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Gələn həftədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyinə verilmiş keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Bakı və Sumqayıt şəhərindəki əmlaklarının qiymətləndirilməsinə başlanacaq. Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.
Keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin rayonlardakı əmlakının SHXÇDX-in tərkibində yaradılmış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin balansına verilməsi üçün iyulun ortalarından etibarən başlanılmış siyahıya alma işləri başa çatıb. Bakı və Sumqayıtda əmlak siyahıya alındıqdan sonra, KHVTİC-in bütün daşınar və daşınmaz əmlakı yeni mərkəzin balansına keçəcək.
Dövlət Xidmətindən verilən məlumata görə, yeni Mərkəz formalaşdırıldıqdan sonra, mütəxəssislərin hazırlanması məqsədi ilə yeni avadanlıqlar, hərbi texnikalar, təlim vasitələri ilə təchiz olunması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan prezidentinin 13 iyul tarixli 681 saylı fərmanı ilə "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC yaradılıb. Yeni cəmiyyət vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirəcək. KHVTİC-in könüllü olaraq özünün ictimai statusundan imtina etməsi ilə əlaqədar bu təşkilatın əmlakı "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-yə verilib.

Hərbi
Sadır Japarov: Qırğızıstan Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır
11:35
2 may 2024
Azərbaycan Ordusunda tank bölmələrinin döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO
10:12
2 may 2024
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
18:51
1 may 2024
HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:15
1 may 2024