Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb
# 27 iyun 2012 11:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2012-ci il iyun ayının 1-nə müsbət 4,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks mayın əvvəlində mənfi 1,2%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. İndeksin müsbət olması anbarlarda mal ehtiyatlarının artmasını göstərir.

Qeyd edək ki, Azərbaycanda 2012-ci il iyunun 1-nə sənaye müəssisələrinin anbarlarında 300,0 mln. manat həcmində hazır məhsul ehtiyatı olub, bu isə cari ilin mayın 1-nə nisbətən 13,9 mln. manat çoxdur.

Sənaye mal ehtiyatlarının artması ilk növbədə sənaye istehsalının artması ilə bağlı olur, lakin bizim halda bunun səbəbi fərqlidir. Belə ki, may ayında sənaye sahəsində məhsul istehsalının həcmi 2,770 mlrd. manat, aprel ayında isə 2,958 mlrd. manata bərabər olub. Beləliklə, mal ehtiyatlarının artması məhsul istehsalının artması ilə deyil, istehsalçılar tərəfindən müştərilərin mal təchizatının zəifləməsi ilə bağlı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR