Bakıda “Neft-qazçıxarmada yeni texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Neft-qazçıxarmada yeni texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir
# 06 sentyabr 2012 07:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda “Neft-qazçıxarmada yeni texnologiyalar” II Beynəlxalq elmi-təcrübi konfransı işə başlayıb.

APA-Economics”in xəbərinə görə, konfransda ABŞ, İngiltərə, Rusiya, Kanada, Almaniya, Avstriya, Qazaxıstan, Türkiyə, Rumıniya və digər ölkələrin 200 qədər aparıcı şirkəti iştirak edir.

İki gün davam edəcək beynəlxalq konfransda “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı”, “Neft, qaz və bitum yataqlarının işlənməsi və istismarı”, “Qaz anbarlarının işlənməsi və istismarı”, “Dərin dəniz yataqlarının sualtı istismarı təcrübəsi və inkişaf perspektivliyi”, “Neft və qaz quyularının qazılması və tamamlanması”, “Korroziyadan mühafizə” və “İstehsal proseslərinin avtomatlaşdırılması” bölmələrində müzakirələr keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR