“Aztelekom”un “107” SMS xidmətindən gələn gəliri 500 min manata çatıb

“Aztelekom”un “107” SMS xidmətindən gələn gəliri 500 min manata çatıb
# 07 fevral 2012 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyinin “107” SMS xidmətindən gələn gəliri 500 min manata çatıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “Aztelekom” tərəfindən sabit telefon şəbəkəsi abonentləri üçün tətbiq edilən bu xidmətin analoqu digər ölkələrdə olsa da, birliyin şəbəkəsində tətbiq edilən bu yenilik böyük üstünlüyü ilə yadda qalıb. Azərbaycanda tətbiq edilən bu yenilik MDB dövlətlərinin marağına səbəb olub. Belə ki, artıq Türkmənistan və Qırğızıstan bu sistemlə maraqlanıb və oxşar texnologiyanı öz ölkələrində tətbiq etməyə hazırlaşır.

Qeyd edək ki, bu xidmətin istifadəyə verilməsi nəticəsində sabit telefon şəbəkəsi abonentləri mobil telefon şəbəkəsi abonentlərinə SMS göndərmək imkanı əldə etməklə əlavə keyfiyyətlər əldə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR