Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afrika İrsi Məktəbinin inkişafı üçün maliyyə yardımı ayrılıb

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afrika İrsi Məktəbinin inkişafı üçün maliyyə yardımı ayrılıb
# 02 may 2012 20:29 (UTC +04:00)
Bakı-APA. 2012-ci ilin aprel ayında Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq humanitar fəaliyyət çərçivəsində Beninin Porto-Novo şəhərində yerləşən Afrika İrsi Məktəbinin (EPA) inkişafı üçün 50 min avro məbləğində maliyyə yardımı göstərilib. Bu barədə APA Azərtac-a istinadən məlumat verir.

Beləliklə, 13 il ərzində fəaliyyət göstərən EPA-nın ölkələr, fondlar, təşkilat və fərdi şəxslərdən ibarət digər 24 donorlarının sırasına qoşulan Heydər Əliyev Fondu quruma mühüm dəstək verib.

Mədəniyyət abidələrinin mühafizəsi və bərpasının öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) baş direktoru Stefano De Karo və Afrika İrsi Məktəbinin direktoru Fallo Baba Keita Heydər Əliyev Fondunun yardımını yüksək qiymətləndirərək Mehriban xanım Əliyevaya təşəkkür məktubları ünvanlayıblar.

Təşəkkür məktublarında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Afrika İrsi Məktəbi ilə yaxından tanış olmaq üçün Beninə səfərə və EPA-nın doqquz yüksək vəzifəli şəxslərdən ibarət (Fransanın sabiq Prezidenti J.Şirak, Beynəlxalq Frankofoniya Təşkilatının baş katibi A.Diuf, UNESCO-nun sabiq baş direktoru K.Matsuura, İtaliyanın sabiq Prezidenti K.A.Çiampi və BMT-nin sabiq baş katibi X.P. de Kuelyar və b.) Yüksək Himayədarlar Şurasının üzvü olmağa dəvət ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR