Azərbaycanda mühəndis təhsilində Boloniya prosesinin tətbiqi üzrə pilot layihə həyata keçiriləcək

Azərbaycanda mühəndis təhsilində Boloniya prosesinin tətbiqi üzrə pilot layihə həyata keçiriləcək
# 31 mart 2012 09:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Köln Tətbiqi Elmlər Universiteti "Azərbaycan üçün mühəndis təhsilində tədris müəssisəsinin Boloniya prosesinə uyğunlaşması" mövzusunda Azərbaycanda V Tempus layihəsi həyata keçirəcək. Azərbaycan Texniki Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa İttifaqına IV Tempus proqramı üçün təqdim olunan 531 təklifdən 63-ü seçilib. Bəyənilən layihələr içərisində Köln Tətbiqi Elmlər Universitetinin təklifi də var. Layihə professor Reza Talebi-Daryaninin rəhbərliyi altında həyata keçiriləcək.
Məlumatda bildirilir ki, layihənin məqsədi təhsil prosesinin optimallaşdırma və akkreditasiyaya əsaslanaraq keyfiyyətin təminatıdır. Bu, Azərbaycanda mühəndis təhsilinin Boloniya prosesinə uyğunlaşması deməkdir. Bu məqsədə nail olmaq üçün təlimdə təchizatın modernləşməsi vacibdir. Azərbaycanda mühəndis təhsili üçün hələ milli akkreditasiya agentliyi olmadığına görə layihədə akkreditasiya mühəndis təhsilində ixtisaslaşmış məşhur Avropa agentliyi tərəfindən aparılacaq.
Layihə müvəffəqiyyətlə bitəndən sonra Təhsil Nazirliyi tərəfindən ölkənin mühəndis təhsilində Boloniya prosesinin reallaşmasında pilot layihə kimi sayılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR