Elçin Behbudov Bakı Ağır Cinayətlər Məhkəməsinin saxlanma yerində monitorinq keçirib

Elçin Behbudov Bakı Ağır Cinayətlər Məhkəməsinin saxlanma yerində monitorinq keçirib
# 18 may 2012 14:28 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Bakı Ağır Cinayətlər Məhkəməsinin saxlanma yerində monitorinq keçirib. E. Behbudovun APA-ya verdiyi məlumata görə, orada məhkəməyə gətirilən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüb: “Əvəz Zeynallı məhkəməyə narahat avtomobildə gətirildiklərini bildirdi. Onun sözlərinə görə, bir avtomobildə həddindən çox məhkum olur ki, bu da sıxlıq yaradır. Qarşı tərəfdən isə mənə bildirdilər ki, həmin avtomobillərdə normalda 18 nəfər məhkum gətirilməlidir. Onlar da bu şərtə əməl edirlər”.

E. Behbudov saxlanma yerində ilkin tibbi yardım göstərilməsi üçün hər hansı dərman preparatının olmadığını bildirib: “Bununla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətə müraciət edəcəyəm. Çünki ilkin tibbi yardım göstərilməsi üçün dərman preparatlarına ehtiyac var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR