Azərbaycanın xarici işlər naziri Argentina prezidenti ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Argentina prezidenti ilə görüşüb - <font color=red>FOTO</font>
# 27 iyul 2012 10:39 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Argentina prezidenti son illər iki ölkə arasında əməkdaşlığın dinamik inkişafından məmnun olduğunu deyib və Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib. Həm Argentina, həm də Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu bildirən prezident Kirçner, iki ölkə arasında əməkdaşlığın inkişafının qarşılıqlı səmərəli nəticələrə gətirib çıxaracağına əminliyini vurğulayıb.

Qəbula görə təşəkkürünü bildirən E. Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Argentina dövlət başçısına çatdırıb və prezident tərəfindən argentinalı həmkarına ünvanlanmış Azərbaycana rəsmi səfərə dəvət məktubunu təqdim edib. Prezident Kirçner dəvəti məmnuniyyətlə qəbul etdiyini açıqlayıb.

E. Məmmədyarov Latın Amerikası ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını, bu istiqamətdə Argentinanın xüsusi önəm daşıdığını qeyd edərək Cənubi Amerikada ilk diplomatik nümayəndəliyi də məhz Buenos-Ayresdə açdıqlarını xatırladıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR