ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib
# 12 iyul 2012 23:46 (UTC +04:00)
Bakı-APA. ABŞ vətəndaşları və şirkətlərinə saziş bağlamağın qadağan olunduğu İran şirkət və şəxslərinin siyahısına 11 şirkət və 4 şəxs əlavə olunub. Bu barədə ABŞ maliyyə nazirliyi məlumat yayıb.

Son yarım il ərzində ABŞ-ın İran əleyhinə sanksiya siyahısı praktiki olaraq hər ay yenilənir.

ABŞ və qərb ölkələri İranı nüvə silahı hazırlamaqda günahlandırırlar. Tehran ittihamları rəddə edərək atom proqramının ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəldiyini bəyan edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR