BP şirkətinin xalis mənfəəti kəskin azalıb

BP şirkətinin xalis mənfəəti kəskin azalıb
# 30 oktyabr 2012 12:23 (UTC +04:00)
«APA-Economics»in RBC-ya istinadən verdiyi məlumata görə, yanvar-sentyabr ayları ərzində şirkətin məcmu gəlirləri 284,7 mlrd. dollara bərabər olub ki, bu da illik müqayisədə 1,9% azdır.

Bu ilin III rübü ərzində şirkətin xalis mənfəəti illik müqayisədə 7,8% artaraq 5,43 mlrd. dollara çatıb. Eyni zamanda, rüblük məcmu gəlir 4,7% azalaraq 93,1 mlrd. dollara bərabər olub.

Şirkətin hesabatına əsasən, III rüb ərzində şirkətin neft və qazın gündəlik hasilatının həcmi neft ekvivalentində 2,26 mln. barel olub ki, bu da illik müqayisədə 2,7% azdır. Bununla belə, şirkət IV rübdə hasilatın artacağını proqnozlaşdırır ki, bu da təmir-profilaktik işlər mövsümünün başa çatması ilə əlaqələndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR