Masallıda soyqırımı qurbanlarının anım mərasimi keçirilib - FOTO

Masallıda soyqırımı qurbanlarının anım mərasimi keçirilib - <font color=red>FOTO </font>
# 31 mart 2012 16:31 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bu gün Masallının Şəhidlər Xatirə Kompleksində ümumrayon anım mərasimi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, mərasimdə rayon İcra Hakimiyyəti aparatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, həmçinin rayon sakinləri iştirak ediblər. Səhər saatlarından axşamadək faciə qurbanlarının xatirəsini yad edən insanlar abidənin önünə əklil və gül dəstələri düzüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR