Səməd Seyidov Ermənistanın AŞPA-dakı nümayəndə heyətini danışıqlara çağırıb
23 aprel 2012 12:57 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, müzakirələr zamanı çıxış edən Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun sədri Jan-Klod Minyonun Assambleyada Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşün keçirilməsini təşkil etmə təşəbbüsünü yüksək qiymətləndirib: «Cənab sədr, Siz Assambleya daxilində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiniz. Azərbaycanın AŞPA-da nümayəndə heyəti olaraq, biz Ermənistan nümayəndə heyəti ilə Dağlıq Qarabağla bağlı belə görüşlərin, müzakirələrin keçirilməsinin tərəfdarıyıq. Təəssüflər olsun ki, erməni tərəfi iki ildir, bu görüşlərdən və bizimlə bütün kontaktlardan boyun qaçırır. AŞPA sədri tərəfindən irəli sürülmüş bu təşəbbüsü nəzərə alaraq, hesab edirəm ki, həm azərbaycanlıların, həm ermənilərin, həm də Avropa Şurasının marağında olacaq bu danışıqlar formatını yenidən yarada bilərik. Çünki biz bütün səylərimizdən istifadə edərək, bu acı münaqişənin həlli yollarını tapmalıyıq. Mən erməni tərəfini bu danışıqlarda iştirak etməyə çağırıram».
Xarici siyasət
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb
22:38
8 may 2024
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
22:15
8 may 2024
Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh sazişinin ən qısa zamanda imzalanmasını vacib sayır
20:07
8 may 2024
Ceyhun Bayramov İsrail XİN siyasi direktoru ilə görüşüb
20:00
8 may 2024