Natiq Əliyev: «Bəzi qüvvələr Türkmənistan-Azərbaycanın münasibətlərinin yaxşılaşmasına mane olmaq istəyir»
27 iyun 2012 11:33 (UTC +04:00)
Bunu APA-nın İstanbula ezam olunmuş müxbirinə açıqlamasında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.
Nazir qeyd edib ki, Türkmənistanla Azərbaycan arasında münasibətlərdə gərginliyin yaranması halları bir neçə dəfə müşahidə olunub: «Mən deyə bilmərəm, bu dəfə bunun səbəbi nə olub. Lakin hamımız bilirik ki, burada ola bilsin, başqa qüvvələr var, münasibətlərdə gərginlik yaratmağa çalışır və vəziyyətdən istifadə edirlər. Görürlər ki, bizim münasibətlərimiz yaxşılaşır, bu münasibətlər hansısa real işə çevrilir, hansısa sənədlər hazırlanır... Bu səbəbdən hesab edirəm ki, bu əməkdaşlığı pozmaq istəyən qüvvələr mövcuddur».
N. Əliyev xatırladıb ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Bakıya son səfəri zamanı Xəzər dənizinin hüquqi statusu ilə bağlı tərəflər arasında razılıq əldə olunanadək mübahisəli neft-qaz yataqlarında işlərin aparılmaması ilə bağlı iki ölkənin prezidentləri arasında razılıq əldə olunub. Bunu nəzərə alaraq nazir Türkmənistan tərəfinin son addımlarının anlaşılmaz olduğunu bildirib: «Həmin vaxt sammitdə prezidentlər bu barədə söhbət ediblər və Xarici İşlər nazirlikləri səviyyəsində işçi qrupu işləyir. Bu işçi qrupu sərhəd məsələlərinə baxır və bu məsələlər həll olunanadək, «Kəpəz» yatağında heç bir iş görülməyəcək. Azərbaycan tərəfi verdiyi sözün üstündə dayanır və yataqda heç bir iş aparmır».

Xarici siyasət
BMT Baş katibinin köməkçisi Emənistanın Azərbaycanla sərhəd bölgələrinə səfər edəcək
14:35
5 may 2024
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
23:10
4 may 2024
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024
Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlər müzakirə olunub - FOTO
22:21
4 may 2024