ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar

ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar
# 13 iyul 2012 21:28 (UTC +04:00)
Bakı – APA. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Robert Bradtke (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iyulun 10-dan 13-dək regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar.

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, həmsədrlər səfər müddətində Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri, Dağlıq Qarabağda yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə görüşlər keçiriblər.

Vasitəçilər bütün görüşlərdə həmsədr ölkələrin rəhbərlərinin 18 iyunda Los Kabosda verdikləri birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ölkələrinin qətiyyətli fikrini bir daha vurğulayıblar.

Səfər zamanı, həmçinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə iyunun 18-də Paris görüşündəki müzakirələr davam etdirilib. Həmsədrlər cəbhə xətti boyunca ən son insidentlərdən narahatlıqlarını ifadə edib, bir daha vurğulayıblar ki, sülh əldə etmək üçün tərəflərin siyasi iradəsi ən yaxşı formada maksimalist mövqedən çəkinmək, 1994-cü il atəşkəs razılaşmasına riayət etmək və düşmənsayağı ritorikadan imtina etməklə nümayiş oluna bilər.

Dağlıq Qarabağda aeroportun nəzərdə tutulan açılışına dair məlumatlarla bağlı tərəflər həmsədrləri yenidən əmin ediblər ki, mülki hava nəqliyyatı vasitələrinə hədə və güc tətbiqindən imtina edəcək, məsələni diplomatik vasitələrlə diqqətdə saxlayacaq və mövzunu siyasiləşdirməyəcəklər. Həmsədrlər təsdiq ediblər ki, aeroportun fəaliyyəti Dağlıq Qarabağın statusunun dəyişmək üçün hansısa iddianı dəstəkləmək üçün istifadə oluna bilməz, həmçinin tərəflərə beynəlxalq hüquqa əsaslanaraq və öz əraziləri üzərindən uçuşların hazırkı təcrübəsinə uyğun olaraq hərəkət etmək xəbərdarlığı edilib.

Həmsədrlər Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin sentyabr ayında görüşünü hazırlamaq məqsədilə regiona yenidən səfər etmək və nazirlərlə ayrı-ayrılıqda görüşməyi planlaşdırırlar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR