Nyu-Yorkda BMT ilə Azərbaycan arasında TASİM layihəsi ilə bağlı məsləhətləşmələr keçirilib

Nyu-Yorkda BMT ilə Azərbaycan arasında TASİM layihəsi ilə bağlı məsləhətləşmələr keçirilib
# 09 fevral 2012 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Nyu-York (ABŞ) şəhərində BMT ilə Azərbaycan arasında «Trans-Avrasiya Surer İnformasiya Magistralı» (TASİM) layihəsi ilə bağlı məsləhətləşmələr keçirilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın nümayəndə heyətinə Xarici İşlər və Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin əməkdaşları daxil olub.

Görüş zamanı layihə çərçivəsində görülmüş işlər haqqında müzakirələr aparılıb, BMT-yə üzv dövlətlərlə ikitərəfli məsləhətləşmələr keçirilib.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə TASİM layihəsi üzrə BMT Baş Assambleyasında irəli sürülmüş qətnamə layihəsi yekdilliklə qəbul edilib. Qətnaməyə əsasən, Azərbaycan hökumətinə layihənin həyata keçirilməsi üzrə regional səviyyədə səylərin əlaqələndirilməsi tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR