Arif Hacılı və Fuad Qəhrəmanlının kassasiya şikayətləri təmin olunmayıb

Arif Hacılı və Fuad Qəhrəmanlının kassasiya şikayətləri təmin olunmayıb
# 24 aprel 2012 10:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə İctimai Palatanın (İP) 2011-ci il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının kassasiya şikayətlərinə baxılıb. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbər görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, kassasiya şikayətləri təmin olunmayıb. Əvvəlki instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Arif Hacılı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub. Həmin qərardan apellyasiya şikayəti verilib. Lakin məhkəmə şikayətləri təmin etmədiyi üçün Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR