Latviya Bələdiyyə Assosiasiyasının nümayəndələri Qəbələdə olublar

Latviya Bələdiyyə Assosiasiyasının nümayəndələri Qəbələdə olublar
# 11 iyun 2012 15:34 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. Latviya Bələdiyyə Assosiasiyasının nümayəndə heyəti Qəbələ rayonuna səfər edib. APA-nın məlumatına görə rayon rəhbərliyi ilə görüş keçirən latviyalı qonaqlar sonra Heydər Əliyev Mərkəzində Qəbələnin şəhər, qəsəbə və kənd bələdiyyələri sədrlərinin toplantısında iştirak ediblər. Təcrübə mübadiləsi məqsədlə təşkil olunan tədbirdə tərəflər arasında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində qonaqlar rayon tarix diyarşünaslıq muzeyi, Qəbələ Konserv Zavodu və Qəbələ Piano Fabrikinə baş çəkib, Qəbələnin gözəl təbiəti, mənzərəli yerləri, otel və istirahət mərkəzləri ilə tanış olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR