Türkiyənin Siirt əyalətində PKK terrorçuların hücumu nəticəsində 1 hərbiçi həlak olub, 13 hərbçi yaralanıb

Türkiyənin Siirt əyalətində PKK terrorçuların hücumu nəticəsində  1 hərbiçi  həlak olub, 13 hərbçi yaralanıb
# 03 avqust 2012 04:35 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Siirt əyalətinin Eruh mahalında PKK terrorçularına qarşı hərbi əməliyyat başa çatıb: 1 hərbiçi həlak olub, 13 hərbçi yaralanıb.

APA-nın haberler.com saytına istinadən verdiyi xəbərə görə, Siirt əyalət rəhbərliyinin yaydığı açıqlamada deyilir ki, yaralı əsgərlərdən birinin vəziyyəti ağırdır.

Terrorçular arasında itkilər barədə xəbər verilmir.

Xatırladaq ki, PKK terrorçuların Siirt əyalətinin Eruhta mahalında jandarma məntəqəsinə hücum edərək avtomat silahlardan atəşə tutublar.

Polis cavab atəşi açıb. Hadisə yerinə gələn Türkiyə ordusunun “Kobra” vertolyotları PKK-çıların mövqelərini bombalayıblar. Bölgədə geniş miqyaslı əks-terror əməliyyatı aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR