Belarusun tanınmış opera rejissoru Opera və Balet Teatrına dəvət edilib
24 aprel 2012 14:40 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin “Toska” operasının tamaşası keçiriləcək. Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əsas partiyalardan biri – Toska partiyasını ilk dəfə ifa edəcək gənc və istedadlı vokalçı Çinarə Şirini tamaşaya hazırlamaq üçün Opera Teatrının rəhbərliyi tanınmış opera rejissoru Marqarita İzvorska-Elizaryevanı Bakıya dəvət edib. M.İzvorska-Elizaryeva Belarus Dövlət Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru, Belorusun Əməkdar İncəsənət Xadimi, Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının rejissorudur.
Tamaşanın dirijoru Belarus Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Ukraynanın əməkdar artisti, professor Viktor Ploskinadır. Tamaşada Kavaradossi partiyasını isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəvət olunmuş solisti, Gürcüstanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.

İncəsənət
“Urbanda görüşərik” layihəsi çərçivəsində Məhəmməd Füzuli yad edilib - FOTO
23:41
2 may 2024
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024
“Yol əhvalatı”nın Fəridi: Nə vaxta kimi Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək, kinomuz belə də qalacaq - MÜSAHİBƏ
15:09
30 aprel 2024