Azərbaycan paytaxtında yük maşını minik avtomobili ilə toqquşub, ölən var

Azərbaycan paytaxtında yük maşını minik avtomobili ilə toqquşub, ölən var
# 12 mart 2012 07:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən bildirilib.

Hadisə rayonun M. Abbasov küçəsi 24/28 ünvanında qeydə alınıb. Sənan Axundovun idarə etdiyi “İsuzu” markalı, 90 JB 020 dövlət nömrə nişanlı yük maşını yolun əks istiqaməti ilə hərəkət edən, Cahid Mustafayevin idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə C. Mustafayev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR