Azərbaycan XİN: Ermənistan sülh danışıqlarını pozmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq istiqamətində növbəti cəhd göstərir
01 iyun 2012 08:30 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Ermənistanın BMT-dəki nümayəndəliyi tərəfindən “DQR XİN”in bəyanatının BMT baş katibi və BMT TŞ üzvlərinə təqdim olunmasını şərh edən Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib. O bildirib ki, BMT də daxil olmaqla beynəlxalq birlik Dağlıq Qarabağı və işğal altındakı ətraf rayonları Azərbaycan ərazisi olaraq tanıyır: “Ermənistan dərk edir ki, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü, eləcə də məcburi köçkünlərin öz evlərinə dönmək hüququnu dəstəkləyir”.
XİN sözçüsü xatırladıb ki, təkcə son ay ərzində bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən hesabatlarla çıxış ediblər. O qeyd edib ki, Ermənistanın işğalçı siyasəti BMT tərəfindən rəsmi şəkildə pislənir. Belə ki, bu təşkilat işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: “Ermənistanın son addımı sülh danışıqlarını pozmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq istiqamətində növbəti cəhddir”.

Xarici siyasət
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb
22:38
8 may 2024
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
22:15
8 may 2024
Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh sazişinin ən qısa zamanda imzalanmasını vacib sayır
20:07
8 may 2024
Ceyhun Bayramov İsrail XİN siyasi direktoru ilə görüşüb
20:00
8 may 2024