BVF İspaniyaya təcili maliyyə yardımı göstərməyi planlaşdırmır

BVF İspaniyaya təcili maliyyə yardımı göstərməyi planlaşdırmır
# 01 iyun 2012 07:51 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) ağır iqtisadi böhran keçirən İspaniyaya təcili maliyyə yardımı göstərməyi planlaşdırmır. “APA_Economics”in xəbərinə görə, bu bəyanatla BVF-nin icraçı direktoru Kristin Laqard çıxış edib.

Onun sözlərinə görə, büdcə kəsiri və yüksək dövlət borcu olan İspaniya da fonda kredit verilməsi xahişi ilə müraciət etməyib.

Qeyd edək ki, İspaniya iqtisadiyyatının vəziyyəti gəlirlərin azalması və regionlarda büdcə kəsirlərinin artması səbəbindən daha da pisləşir. Dünən “Fitch” beynəlxalq reytinq agentliyi İspaniyanın 8 muxtar əyalətinin reytinqini aşağı salıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR