Gələn həftə Moskvada Ermənistan və Rusiya prezidentlərinin görüşü keçiriləcək

Gələn həftə Moskvada Ermənistan və Rusiya prezidentlərinin görüşü keçiriləcək
# 02 avqust 2012 10:44 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Ermənistan prezidenti Serj Sərkisyan avqustun 8-də Rusiyaya səfər edəcək. APA-nın Kremlin rəsmi saytına istinadən verdiyi məlumata görə, Serj Sərkisyan Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşəcək.

Görüş zamanı siyasi, humanitar, ticarət və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığın əsas məsələləri müzakirə olunacaq. Görüşdə xüsusilə də MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirak, Cənubi Qafqazda vəziyyət, beynəlxalq və regional gündəmin aktual məsələləri, Avrasiya inteqrasiya prosesləri çərçivəsində Rusiya və Ermənistan arasında əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR