Azərbaycanda instrumental seysmik müşahidələrin 110 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda instrumental seysmik müşahidələrin 110 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
# 23 iyul 2012 12:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin oktyabrın 7-12-də Bakıda “Seysmiklik, zəlzələlərin proqnozu, seysmik tikinti dayanıqlığı” mövzusunda V beynəlxalq konfrans keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib. Şamaxı zəlzələsindən sonra başlanmış instrumental seysmik müşahidələrin 110 illiyinə həsr olunan tədbir Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən təşkil ediləcək. Konfransda ABŞ, Avropa və MDB daxil olmaqla ümumən 20-dən çox ölkənin mütəxəssisləri, həmçinin Azərbaycanın dövlət rəsmiləri iştirak edəcəklər.

1902-ci ildə Şamaxı zəlzələsindən sonra Azərbaycanda ilk dəfə Şamaxıda, bir az sonra Bakının neft mədənləri yaxınlığında – Balaxanıda Nobel qardaşlarının təşəbbüsü ilə 3 seysmik stansiya qurulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR